1 нояб. 2011 г.

Oscar Wilde'dan

Dünyanın anormal adı verdiyi kitablar o kitablardır ki, bütün dünyaya biyabırçılığı nümayiş etdirmiş olur.

Gözəllik bilikdən daha yüksəkdir, çünki onu anlamağa ehtiyac yoxdur.

Təcrübə - bu hər kəsin öz səhvlərinə verə bildiyi addır.

Həqiqət nadir hallarda təmiz olur və heç vaxt sadə olmur.

Dəb - bizim geyindiklərimizdir, dəbdə olmayan isə başqasının geyindikləridir.

Gələcəkdən qaçmaq qeyri mümkündür.

Hər bir müqəddəs insanın bir gələcəyi, hər bir günahkarın bir keçmişi vardır.

Kolumba qədər bir çox insan Amerikanı kəşf edə bilmişdir. Lakin bu haqda heç kimə deməmişlər.

Təhlükəli olmayan fikrə hələ fikir adı vermək olmaz.

Suallar heç bir zaman qapalı olmur. Cavablardan fərqli olaraq.

Bütün dahi ideyalar dünya üçün təhlükəlidir.

Bütün qadınlar analarına bənzəyir bu da onların bədbəxtçiliyidir, heç bir kişi anasına bənzəmir bu artıq faciədir.

Bütün kişilər adamyeyəndir. Qadınlara yalnız bir şey qalır: onları daha yaxşı yedizdirmək.

Sevginizi ürəyinizdə saxlayın. Sevgisiz ürək bağda günəş üzü göməyən güllər kimidir.

Eqoizm - istədiyin kimi yaşamaqdır və başqalarından sənin görmək istədiyin kimi həyat tərzini tələb etməkdir.

Başqalarının dramı hər zaman dözülməz dərəcədə mənasızdır.

Комментариев нет:

Отправить комментарий