







Çataraq inləyir neyin nəfəsi,
Nağara əl çalır, yüksəlir səsi.
Nağara əl çalır, yüksəlir səsi.
Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha qədimlərdə, ilk sinifli cəmiyyət dövründə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların ağzına dəri çəkilməklə düzəldilmişdir. Təxminən 3 min il bundan əvvəl isə saxsıçılıq sənəti geniş yayılmışdır. Deməli o dövrdən də nağaranın inkişaf edə bilməsinə şübhə yeri qalmır. Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaraçının gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir. Nağara əksər hallarda iki xüsusi çubuq vasitəsi ilə çalınır. Onun əllə çalınması isə xarakterik hallardandır. Sağ əldəki əyri başlı çubuq daha sanballı olub, qayış vasitəsilə biləyə, sol əldəki düz çubuğun qayışı isə barmağa keçirilir.



Türkye'den Selamlar!:) i love Azerbaycan.. very beautiful blog..(:
ОтветитьУдалитьHi! happy days!:) Loves from Turkey!;)
www.LensMarket.Com